“JD Power” portalının mütəxəssisləri, 2020-ci ilin 10 ən etibarsız avtomobil markalarının siyahısını açıqlayıblar.
Reytinqin 36 55 avtomobil istifadəçisi arasında keçirilən sorğu əsasında tərtib edilib.
- Subaru
Bu yapon brendi ən etibarsız avtomobil markaları arasında onuncu yer alır. Sorğunun nəticələrinə görə, 100 avtomobilə 154 problem düşür.
- Infiniti
Daha bir yapon brendi “Infiniti” dir ki, reytinqdə 9-cu yer alır. Hər 100 avtomobilə düşən problemlərin sayı 155-ə çatır.
- Dodge.
Amerikan markası “Dodge” səkkizinci yerdədir. Sorğunun nəticələrinə görə, bu markanın hər 100 avtomobilinə düşən problemlərin sayı 158-ə çatır.
- Jeep.
Yeddinci yerdə amerikan markası “Jeep” dayanır. Burada hər 100 avtomobilə düşən problemlərin sayı 159-a çatır.
- Fiat
İtaliyanın “Fiat” markası reytinqdə altıncı yer alır. Hər 100 avtomobilə düşən problemlərin sayı 160-a çatır.
- GMC
Bu marka altında yük maşınları, furqonlar və pikaplar satılır. Belə avtomobillərin etibarlı olması adətən şübhə doğurmur. Buna baxmayaraq, bu markanın hər 100 avtomobilinə düşən problemlərin sayı 162-ə çatır.
- Volvo
Çoxları “Volvo” markasını keyfiyyət və etibarlılıq ilə əlaqələndirir və yanılır. Nəticələrə əsasən, hər 100 “Volvo” avtomobilinə düşən problemlərin sayı 185-ə çatır.
- Jaguar
“Jaguar” 2020-ci ilin ən etibarsız avtomobil markaları reytinqində ilk üçlüyə daxildir. Hər 100 avtomobilə düşən problemlərin sayı 186-ə çatır.
- Chrysler
Amerikanın “Chrysler” brendi ən etibarsız avtomobil markaları arasında ikinci yer tutur. Hər 100 avtomobilə düşən problemlərin sayı 214-ə çatır.
- Land Rover
Sorğulanan insanların fikrincə, 2020-ci ilin ən etibarsız avtomobili “Land Rover” dir – hər 100 avtomobilə 220 problem düşür. (banker.az)