“Bu partiyaların qeyri-qanuni elan olunması üçün müraciət edəcəyik” –Gürcüstanın Baş naziri

Gürcüstan hakimiyyəti müxalifət partiyalarının qeyri-qanuni tanınması tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edə bilər.

Azpost.info xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze bildirib.

Baş nazirin sözlərinə görə, müxalifət dedikdə, keçmiş prezident Mixail Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat partiyasını, “Dəyişiklik naminə” və “Güclü Gürcüstan” koalisiyalarını, həmçinin Nazirlər Kabinetinin keçmiş rəhbəri Giorgi Qaxaria tərəfindən təsis edilmiş “Gürcüstan üçün Qaxariya” partiyasını nəzərdə tutur.

“Müxalifətçilər bu günlərdə açıq şəkildə Gürcüstanın konstitusiya quruluşuna qarşı çıxıblar ki, bu da Konstitusiya Məhkəməsinə müraciət etmək və müxalifət partiyalarını konstitusiyaya zidd elan etmək üçün birbaşa əsas yaradır. Baxaq, proseslərin necə inkişaf edəcəyini gözləyək. Hər şey öz əlimizdədir”, – Kobaxidze bildirib.

Azpost.info

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

“Google”nin axtarış trafiki və mənfəəti azalır –