Gürcüstan Baş naziri müxalifətlə danışıqlar imkanını istisna edib

Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkədəki mövcud vəziyyətlə əlaqədar müxalifətlə danışıqların aparılması imkanını istisna edib.

Azpost.info xəbər verir ki, bu barədə o mətbuat konfransında bildirib.

“Xeyr, əlbəttə ki, heç bir danışıq…”, – Baş nazir bu məsələyə toxunaraq deyib.

Kobaxidze məktəblilərin Tbilisidə keçirilən hökumət əleyhinə mitinqlərə cəlb edilməsinə də qarşı çıxıb.

Noyabrın 28-də Gürcüstanda yeni etiraz dalğası başlayıb. Buna səbəb Gürcüstan Baş naziri İrakli Kobaxidzenin bəyanatı olub. O bildirib ki, hakim “Gürcü Arzusu” partiyası 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini gündəmə gətirməmək və qurumadan bütün büdcə qrantlarından imtina etmək qərarına gəlib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.