Gürcüstan dövlət qulluqçularının Aİ-yə səfərləri çətinləşdiriləcək

Avropa İttifaqı Gürcüstan dövlət qulluqçularının Avropaya səfərini çətinləşdirə bilər.

Azpost.info xəbər verir ki, belə bir tədbir Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçiriləcək görüşündə müzakirə olunacaq.

Bu barədə Finlandiyanın xarici işlər naziri Elina Valtonen bildirib.

“Məsələn, Gürcüstan dövlət qulluqçularının Avropaya səyahətini çətinləşdirə bilərik. Bunlar sanksiyalar deyil, görə biləcəyimiz tədbirlərdir. Biz gürcü xalqına qarşı deyil, Gürcüstan hökumətinə qarşı edə biləcəyimiz tədbirləri müzakirə edirik”, – Valtonen deyib.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyev Putinə və Dağıstanın rəhbərinə başsağlığı verib

Sonrakı məqalə

Şəmkirin keçmiş icra başçısı 11 il azadlıqdan məhrum edilib