Gürcüstan gələn aydan Azərbaycanla quru sərhədlərini açır

25 May 2021 - 12:57

Gürcüstan iyunun 1-dən quru sərhədlərini açacaq.

Müvafiq qərar Gürcüstan Qurumlararası Koordinasiya Şurasının iclasında qəbul edilib.

Qərara əsasən, xarici ölkə vətəndaşları Gürcüstanın dövlət sərhədlərini tam vaksinasiyanı göstərən şəhadətnamə ilə keçə biləcəklər.

Qeyd olunub ki, Gürcüstana son 72 saat ərzində əldə edilmiş neqativ cavablı PSR testini təqdim edərək keçmək də mümkün olacaq, lakin bu halda həmin şəxslər ölkədə olduğu üçüncü günün sonunda növbəti dəfə analiz verməli olacaqlar.(APA)