Gürcüstan həbsxanalarında nə qədər Azərbaycan vətəndaşı saxlanılır?

həbsxana
həbsxana

Gürcüstan həbsxanalarında 151 nəfər Azərbaycan vətəndaşı saxlanılır.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ötən ilin dekabr ayı üzrə hesabatından məlum olur.

2025-ci ilin noyabr ayının göstəricisi ilə müqayisədə say 10 nəfər artıb.

Azərbaycan vətəndaşlarının 43-ü kişi, 2-si qadın olmaqla 45-i ittiham edilən, 91-i kişi, 15-i qadın olmaqla 106-sı məhkumdur.

Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı isə 70 nəfər təşkil edir. Aylıq müqayisədə sayda 5 nəfər artım qeydə alınıb. Onların 60-ı kişi, 9-u qadın, 1-si isə yeniyetmə oğlandır.

Qonşu ölkədə ümumilikdə 1 555 nəfər xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs həbs cəzası çəkir, 649 nəfər əcnəbi isə probasiya nəzarətində saxlanılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.