“Gürcüstan hakimiyyətini hazırkı siyasi kursdan əl çəkməyə çağırırıq”- Avropa Şurası

“Gürcüstanın Avropa İttifaqına daxil olması prosesi ölkənin xarici təsir haqqında qanununa görə de-fakto dayandırılıb”.

Azpost.info xəbər verir ki, bu barədə Aİ liderlərinin Brüsseldə keçirilən sammitin yekunlarına dair bəyanatında bildirilir.

Onlar qeyd ediblər ki, bu qanun Avropa Komissiyasının namizədin statusu ilə bağlı tövsiyələrindən kənara çıxmaqdır.

Avropa Şurası Gürcüstan hakimiyyətini öz niyyətlərini aydınlaşdırmağa və onun Aİ-yə gedən yolunu təhlükə altına qoyan hazırkı siyasi kursdan əl çəkməyə çağırıb.

Aİ liderləri həmçinin Tbilisidən vətəndaş cəmiyyəti nümayəndələrinə, siyasi liderlərə, fəallara və jurnalistlərə qarşı artan hədə-qorxu, təhdid və fiziki hücumlara son qoymağı tələb ediblər. Onlar xatırladıblar ki, Aİ-nin əsasını qoyduğu dəyər və prinsiplərə hörmət üzv olmaq istəyən hər bir ölkə üçün məcburidir.

Bundan başqa, Avropa Şurası Gürcüstan rəhbərliyini qarşıdan gələn payızda keçiriləcək parlament seçkilərinin azad və ədalətli keçirilməsi üçün şəffaflığı təmin etməyə çağırıb.

Azpost.info

 

Əvvəlki məqalə

AYNA yeni cərimələr barədə açıqlama yaydı

Sonrakı məqalə

İyulda hava necə olacaq?