Gürcüstan hökuməti xarici agentlər haqqında qanunu qəbul etməklə ölkənin Avropa İttifaqına gedən yolunu kəsir və öz əhalisinə qarşı çıxır.
Azpost.info xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
“Gürcüstan hökumətinin öz vətəndaşlarının və hər şeydən əvvəl gənclərin bu böyük arzusu olan Avropa İttifaqına gedən yoldan keçmək imkanını qanunla əngəlləməsi məni incidir. Hökumət bununla öz əhalisinə və Avropa perspektivinə qarşı çıxır”, – XİN başçısı bildirib.
Azpost.info