ABŞ və Avropa İttifaqı oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində yol verilən bütün qanun pozuntularını araşdırmağa çağırıb.
“Biz beynəlxalq normaların bütün pozuntularını pisləyirik və beynəlxalq və yerli müşahidəçilərin bütün bildirilmiş seçki pozuntularının tam araşdırılması üçün çağırışlarına qoşuluruq”, – ABŞ Dövlət Departamentindən bildirilib.
Öz növbəsində, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrel Gürcüstanın Mərkəzi Seçki Komissiyasını və digər aidiyyəti qurumları üzlərinə düşən vəzifəni yerinə yetirməyə və seçkilərin keçirilməsi ilə bağlı pozuntuların operativ, şəffaf və müstəqil araşdırılması və mühakimə olunmasını təmin etməyə çağırıb.
“Bu pozuntular aydınlaşdırılmalı və düzəldilməlidir. Bu, seçki prosesinə etimadın bərpası istiqamətində zəruri addımdır”, – Borrel qeyd edib.
Azpost.info