Gürcüstan müxalifəti hakimiyyətə üç tələb irəli sürüb

Tbilisidə parlament binası qarşısında etiraz aksiyası təşkil eədn müxalifyönlü Mühafizəkarlar Hərəkatı Partiyası Gürcüstan hakimiyyətinə üç tələb irəli sürüb.

Azpost.info xəbər verir ki, tələblərindən biri “xarici agentlər” haqqında qanunla bağlı referendumun keçirilməsidir.

Müxalifət həmçinin 5 iyul 2021-ci il mitinqindən sonra saxlanılan LGBT əleyhinə mühakimə olunanların azadlığa buraxılmasını tələb edib.

“Mühafizəkarlar”ın üçüncü tələbi “xarici agentlər” haqqında qanuna etirazlar zamanı Tbilisinin mərkəzində avtomobilləri yandıran şəxslərin cəzalandırılmasıdır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.