Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Gürcüstan neft zavodu Rusiya neftindən tam imtina etmək niyyətindədir

User 30 Mart 2026 - 21:30 (Last updated: 30 Mart 2026 - 21:00)
neft cellek

Gürcüstanın ilk tammiqyaslı neft emalı zavodu olan “Black Sea Petroleum” (BSP) Rusiya neftinin əvəzlənməsini strateji məqsəd olaraq müəyyənləşdirib.

Bunu şirkətin həmtəsisçisi və baş direktoru David Potsxveriya BMGTV telekanalına müsahibəsində bəyan edib.

D.Potsxveriya qeyd edib ki, fəaliyyətə Rusiya neftinin emalı ilə başlayan şirkət hazırda xammal bazasının şaxələndirilməsi üzərində fəal şəkildə işləyir.

“Gələcəkdə bu, BSP-yə məhsulları Avropa İttifaqı bazarına ixrac etməyə imkan verəcək. Məqsədimiz Rusiya xammalını tamamilə əvəz etməkdir. Bunun üçün biz artıq Türkmənistan nefti ilə işləyirik, növbəti mərhələdə isə Qazaxıstan və digər alternativ mənbələrdən də istifadə etməyi planlaşdırırıq”, – D.Potsxveriya vurğulayıb.

Onun sözlərinə görə, xammal mənbələrinin şaxələndirilməsi şirkətin ixrac imkanlarına birbaşa təsir göstərir. Xüsusilə Aİ bazarı hazırda Rusiya neftindən hazırlanmış məhsullar üçün bağlıdır və alternativ xammala keçid bu məhdudiyyəti aradan qaldırır.

D.Potsxveriya bildirib ki, Türkmənistan neftinin Azərbaycan üzərindən dəmir yolu ilə tranzitinin təşkilindən sonra şirkət alternativ təchizat zəncirini aktivləşdirə biləcək: “Bu dəmir yolu şəbəkəsi (Azərbaycan üzərindən – red.) ilə tədarükə başladıqdan sonra Qazaxıstan nefti də daxil olmaqla digər mənbələrin tranziti avtomatik olaraq mümkün olacaq”, – o qeyd edib.

Gürcüstanınm digər KİV-inin məlumatına görə, BSP Gürcüstanı öz neft məhsulları ilə tam təmin etmək niyyətindədir. Hazırda Kulevi limanında yerləşən və benzin, dizel və aviasiya yanacağı istehsalı üçün yarımfabrikatlar istehsal edən yeganə neft emalı zavodu şirkətə məxsusdur. Müəssisə 2027-ci ilə qədər “Avro-5” standartlarına uyğun yanacaq istehsalına keçməyi planlaşdırır.

Qeyd edək ki, BSP layihəsi Kulevidə həyata keçirilir və onun birinci mərhələsi artıq başa çatıb. Cari mərhələdə zavodun illik gücü 1,2 milyon ton təşkil edir, lakin tam inkişafdan sonra bu göstərici 4,5 milyon tona qədər artacaq. Layihəyə ümumi investisiya qoyuluşu 600 milyon ABŞ dolları məbləğində

AzPost.az

Post navigation

Previous: Milli yaddaş kodumuz olan sənətkar
Next: Müasir dövrün “gizli pandemiyası”

Oxşar xəbərlər

qaz tebii
  • İqtisadiyyat

Avropada qaz böhranı dərinləşir – Qiymət 100 avroya çatdı, Asiya ilə rəqabət güclənir

User 29 Oktyabr 2026 - 19:27
dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 29 Oktyabr 2026 - 09:20
dollar02
  • İqtisadiyyat

ABŞ-ın dövlət borcu rekord həddə çatdı – 40,5 trilyon dolları keçdi

User 28 Oktyabr 2026 - 14:44

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.