Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

Milli yaddaş kodumuz olan sənətkar

User 30 Mart 2026 - 21:25 (Last updated: 30 Mart 2026 - 21:16)
rasim esas
Görkəmli sənətkarımız Rasim Balayev fani dünyaya əlvida dedi.
Azərbaycan incəsənətində “Rasim Balayev” adı özü bir mədəni brenddir, mükafatdır.
Rasim Balayevin Azərbaycan kinosunda yaratdığı obrazlar milli yaddaş kodumuzdur.
Xalqın ürfanını ona göstərən Nəsimi, qəhrəmanlıq keçmişini yaddaşa yazan Babək, mifologiyasını qan yaddaşına yazan Beyrək…Hər biri bir sənət əsəri və kökümüzə ayna tutan, pafosdan uzaq qəhrəmanlardır.
Rasim bəy əsl sənətkar kimi rolu böyük kiçikliyinə görə bölməyib. O, istər Babək kimi möhtəşəm xalq qəhrəmanını oynayıb, eyni zamanda nazirin tüpürcəkqabını gəzdirən binəva məmuru, mələk simalı fırıldqaçı Davudu yaradıb.
İllər əvvəl Rasim Balayevdən müsahibə alan zaman “Həm ziyarət, həm ticarət” filmi barədə danışmışdıq. Aktyor maraqlı bir detalı danışmışdı mənə.
Rasim Balayev filmin rejissoru, mərhum Rasim Ocaqovdan soruşub ki, nə üçün onu fırıldqaçı və dələduz Davud roluna çəkir? “Dedim ki, axı mənim sifətimdə moşenniklik cizgiləri yoxdur, saf və məsum üzdür”.
Rejissorun cavabı maraqlı olub: “Rasim, insanları çox vaxt mələk simalı adamlar aldadırlar…”
“Nəsimi” onun kinoda vizit kartıdır.
Azərbaycan xalqı Nəsimini Rasim Balayevlə sevdi, anladı.
Ona qədər ədəbiyyatda, rəssamlıqda Nəsimi obrazı olmayıb. Bu gün Nəsimiyə aid bütün portretlərdən bizə Rasim Balayev baxır.
Rasim Balayev təkcə aktyor deyil, həmçinin ictimai xadim idi.
Rasim müəllim dostluğa sədaqətli oldu. İllər əvvəl verdiyi müsahibədə “məndən də istedadlılar olub kinoda…Səməndər bəs kimdir? Kinoda dahidir” demişdi. Həyatda Rasim və Səməndər yaxın dost olublar. Dostu özündən yüksək görmək ancaq ləyaqətli və nəcib insanlara xas keyfiyyətdir.
Sənətkarla müsahibə götürəndə ona dedim ki, siz sovet zamanında müstəqil Azərbaycan dövlətinin xüsusi xidmət zabitinin obrazını yaratmış ilk aktyorsunuz.
Təəccüblənmişdi. “Necə yəni?” mənə sual verdi. Dedim “Qatır Məmməd” filmində Əziz obrazı milli hökumətimizin cəsur kəşfiyyat zabitidir.
“Bu barədə ilk dəfədir mənə deyirlər”-deyə Rasmi müəllim fikrə gedərək cavab verdi.
Jurnalistlərə böyük hörməti var idi. Mənə deyirdi ki, jurnalistlər bələdçi-gid kimidirlər. Hara aparırlarsa ora gedirik.
Rasim Balayevin kinoda yaratdığı obrazlar aktualdır, bizim keçmişimzə ayna tutur, mübarizəyə ruhlandırır.
Nə yaxşı ki, Rasim Balayevlə bir dövranda yaşadıq.
Milli yaddaşına sadiq xalq müqtədir sənətkarımızı həmişə xatırlayacaq.
Xaqani SƏFƏROĞLU

AzPost.az

Post navigation

Previous: Artıq iş saatları orqanizmi necə məhv edir?
Next: Gürcüstan neft zavodu Rusiya neftindən tam imtina etmək niyyətindədir

Oxşar xəbərlər

ilham sergi01
  • Mədəniyyət

Prezident və Birinci xanım Fərhad Xəlilovun yubiley sərgisində iştirak edib

User 27 Oktyabr 2026 - 16:55
ozbek prezident
  • Mədəniyyət

Özbəkistanda kino sahəsində böyük islahat – Film istehsalı özəl sektora verildi

User 27 Oktyabr 2026 - 12:33
xanim
  • Mədəniyyət

Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik edib

User 26 Oktyabr 2026 - 12:57

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.