Gürcüstan prezidenti Avropa səfirləri ilə təcili görüş təyin edib –Bəyanatla çıxış edəcək

Baş nazir Avropa İttifaqı  ilə danışıqların dayandırıldığını elan etdikdən sonra Gürcüstan prezidenti Salome Zurabişvili diplomatik korpusun nümayəndələri ilə təcili görüş təyin edib.

Azpost.info “Novosti-Georgia” saytına istinadən bildirir ki, görüşün sonunda, yaxın saatlarda Zurabişvili fövqəladə bəyanatla çıxış edəcək.

Gürcüstanın baş naziri İrakli Kobaxidze bu gün bildirib ki, Gürcüstan özü 2028-ci ilin sonuna qədər Avropa İttifaqına daxil olmaq üzrə danışıqlardan imtina edir.

Hazırda sosial şəbəkələrin gürcü seqmentində baş nazir Kobaxidzenin Gürcüstan hökumətinin Aİ-yə üzvlüklə bağlı danışıqları dayandırması barədə bəyanatından sonra bir-birinin ardınca etirazlar elan olunur.

Əvvəlki məqalə

Sabiq Baş nazir Conson ingilis ordusunu Kiyevə göndərməyə çağırıb

Sonrakı məqalə

Rusiyanın bu kolbasalarında qadağan olunmuş “ət yapışqanı” tapılıb –