Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə fövqəladə hal elan edilməsini dəstəkləyib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə prezident xalqa canlı video müraciəti zamanı bildirib.
“Konstitusiyanın 71-ci maddəsinə əsaslanaraq, baş nazirin müraciəti əsasında ölkə ərazisində fövqəladə hal rejiminin elan edilməsi barədə fərman imzalayacam”, – deyə prezident bildirib.
Sənəd dəstəklənməsi üçün parlamentə təqdim ediləcək. Yekun qərar parlamentin 16:30-da keçiriləcək iclasında qəbul ediləcək.
Qeyd edək ki, Gürcüstanda hazırda 48 nəfərdə koronavirusa yoluxma təsdiqlənib.