Gürcüstan prezidenti Rusiyadan ilk birbaşa uçuşu “arzuolunmaz” adlandırdı

Gürcüstan prezidenti Salome Zurabişvili öz “Tviter” səhifəsində son dörd ildə ilk dəfə Rusiyadan birbaşa reysin Tbilisiyə gəlməsini “arzuolunmaz” adlandırıb.

Azpost.info xəbər verir ki, o, gürcü xalqının etirazına baxmayaraq, Rusiyanın təyyarəni göndərdiyini bildirib.

Təyyarənin endiyi Şota Rustaveli hava limanına toplaşan gürcü fəallar birbaşa uçuşların bərpasının əleyhinə olduqlarını bəyan ediblər.

Rusiya Gürcüstanla 2019-cu ildən qüvvədə olan birbaşa aviareyslərə qadağaları aradan qaldırıb, həmçinin turistlərə Rusiyada 90 günə qədər vizasız qalmaq icazəsi verib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.