Gürcüstan prezidenti xalqa müraciət etdi, etiraz aksiyasını dəstəklədi –"Sizin yanınızdayam"

Gürcüstan prezidenti Salome Zurabişvili Tiflisdə keçirilən etiraz aksiyasını dəstəkləyib. 

Azpost.info bildirir ki, ABŞ-da səfərdə olan prezident canlı yayımla xalqa müraciət edib.

Zurabişvili bildirib ki, Rustaveli prospektində bu gün dayananlar, “xarici agent” qanununa qarşı çıxanlar azad Gürcüstanı təmsil edirlər.

“Mən sizin yanınızdayam. Bu gün siz azad Gürcüstanı təmsil edirsiniz. Öz gələcəyini Avropada görən Gürcüstan heç kimə bu gələcəyi onun əlindən almasına imkan verməyəcək. Bu qanun Moskvadan başqa heç kimə lazım deyil. Bu qanunu ləğv etmək lazımdır.  Mən ilk gündən veto demişəm, veto da olacaq”.

Prezident bildirib ki, bu gün parlamentdə bu qanuna səs verənlər Konstitusiyanı pozublar.

Xatırladaq ki, parlament binasının önünə toplanan siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri, media işçiləri, tələbələr və sıravi vətəndaşlar hazırda parlamentin plenar sessiyasında qəbul edilmiş “ xarici agentlər” haqqında qanuna etiraz edirlər.

Əvvəlki məqalə

Gürcüstanda “xarici agent” polislə qarşıdurmaya səbəb oldu

Sonrakı məqalə

Bayden və Makron Kiyevə yardımı müzakirə ediblər