Gürcüstanda “xarici agent” polislə qarşıdurmaya səbəb oldu

Gürcüstan parlamentinin binası qarşısında gərgin vəziyyət yaranıb.

Parlamentin binası önündə keçirilən etiraz aksiyası zamanı polislə etirazçılar arasında insident baş verib.

Polis etirazçıların parlament binasına daxil olmalarına imkan verməyib.

Etirazçılara qarşı su şırnağı və gözyaşardıcı qazdan istifadə olunub, yaralananlar var.

Parlamentin binası daxilində də gərginlik var. Belə ki, müxalifətdən olan deputatlar parlamentin sədri ilə görüşməyə cəhd ediblər.

Mühafizəçilər görüşə icazə verməyib və qarşıdurma yaşanıb.

Qeyd edək ki, qarşıdurma “Ağmaşenebeli strategiyası” partiyasının deputatı Paata Mandjqalidzenin bəyanatından sonra başlayıb. Belə ki, P.Mandjqaladze keçirdiyi brifinqdə müxalifətin sona qədər, o cümlədən fiziki olaraq mübarizə aparacağını deyib.

O, vətəndaşları parlamentə gəlməyə çağırıb.

Xatırladaq ki, parlament binasının önünə toplanan siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri, media işçiləri, tələbələr və sıravi vətəndaşlar hazırda parlamentin plenar sessiyasında müzakirə edilən “ xarici agentlər” haqqında qanuna etiraz edirlər.

Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidəki mitinqlərə görə əhaliyə müraciət edəcək.

Müraciətin yaxın saatlarda baş tutacağı gözlənilir.

Həmçinin, Tbilisidəki mitinqlərə görə Gürcüstan Prezidentinin Nyu-Yorkdakı görüşləri ləğv edilib.

Qeyd edək ki, hazırda Gürcüstan parlamentinin binası qarşısında gərgin vəziyyət yaranıb. Binanın önünə toplanan siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri, media işçiləri, tələbələr və sıravi vətəndaşlar parlamentin plenar sessiyasında müzakirə edilən “ xarici agentlər” haqqında qanuna etiraz edirlər.

Əvvəlki məqalə

İlham Əliyev 8 Mart qadınlar Günü ilə bağlı paylaşım edib

Sonrakı məqalə

Gürcüstan prezidenti xalqa müraciət etdi, etiraz aksiyasını dəstəklədi –