Gürcüstan prezidenti xarici agentlər haqqında mübahisəli qanuna veto qoyacaq

Gürcüstan prezidenti Salome Zurabişvili parlament tərəfindən qəbul ediləcəyi təqdirdə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə veto qoyacaq.

Azpost.info xəbər verir ki, bu barədə prezidentin parlament katibi Georgi Msxiladze məlumat verib.

“Prezident konstitusiya hüququndan istifadə edəcək və bu qanuna veto qoyacaq”, – Msxiladze bildirib.

Dünən parlamentin bürosu hakim partiyanın təşəbbüsü ilə “Xarici agentlər haqqında” qanun layihəsini qeydə alıb. Qanun layihəsi gəlirlərinin 20 faizdən çoxu xaricdən gələn qeyri-kommersiya hüquqi şəxslərə və KİV-lərə şamil edilir. Belə təşkilatlar hər ilin yanvar ayında Ədliyyə Nazirliyinə gəlir və xərclər haqqında bəyannamə təqdim etməli olacaqlar. Bu öhdəliyi yerinə yetirməsələr, 25 min lari (təxminən 9,3 min dollar) məbləğində cərimələnəcəklər. Gürcüstan Ədliyyə Nazirliyinin nəzdində xaricdən maliyyələşən təşkilatların xüsusi reyestri də yaradılacaq.

Azpost.info

Əvvəlki məqalə

İsveçrə Ukraynanın “sülh formulu” üzrə konfrans keçirəcək

Sonrakı məqalə

Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –