“Gürcüstan Qarabağda baş vermiş müharibəyə neytral qaldı” –Prezident Salome Zurabişvili

“Gürcüstan, Azərbaycan və Ermənistanın Qafqazda gələcəyi bu bölgəni əlaqələndirmə, sabitlik və tərəqqi regionuna çevirməkdən ibarətdir”.

Bunu Gürcüstan prezidenti Salome Zurabişvili “Brussels Morning” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu, üç ölkənin əsas ümumi marağıdır.

Azərbaycan və Ermənistan arasında ötənilki müharibəyə münasibət bildirən S.Zurabişvili münaqişə zamanı Gürcüstanın neytral qaldığını, daimi olaraq sülh və əməkdaşlığa çağırış etdiyini bildirib:

“Müharibə əsrlər boyu mövcud olan həqiqəti təsdiqlədi. Gürcüstanın Ermənistanla uzunmüddətli mədəni, dini və mehriban qonşuluq əlaqələri var, Azərbaycanla intensiv iqtisadi tərəfdaşlıq edir. Bu halda məhz Gürcüstan üçün bölgədə sülh və sabitliyin təminatı üçün rol oynamaq daha uyğun oldu”.

Dövlət başçısı qeyd edib ki, bütün region üçün faciə olan müharibə zamanı Gürcüstan iki yaxın qonşu ölkə ilə əlaqələrini davamlı olaraq dərinləşdirib. (Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qırğızıstanın sabiq Baş naziri korrupsiya ittihamı ilə saxlanılıb

Sonrakı məqalə

Türkiyədən Rusiyaya gedən yük gəmisi İstanbulda saya oturub