Gürcüstan Rusiya buğdasından imtina edir

“Gürcüstan Rusiya buğdasını qismən Qazaxıstan buğdası ilə əvəzləyəcək”.

Bu barədə Gürcüstanın Taxıl İdxalçıları Assosiasiyasının rəhbəri Levan Silaqava bildirib.

Onun sözlərinə görə, buna səbəb Rusiyanın gömrük rüsumlarını artırmasıdır: “Bu gündən etibarən Rusiyadan ixrac olunan buğdanın bir tonu üçün gömrük rüsumu 50 avroya qədər artırılıb. Rusiya buğda bazarında əsas oyunçudur və bu səbəbdən bu məhsul bütün ölkələr üçün bahalaşıb”.

L.Silaqava qeyd edib ki, hazırkı mərhələdə Gürcüstanın Rusiya buğdasından tam imtinası mümkün deyil. (Report)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir