Gürcüstan Rusiya ilə sərhəddə nəzarəti gücləndirib

Gürcüstan hökuməti sanksiyalara məruz qalan malların tranzitinin qarşısını almaq üçün Rusiya ilə keçid məntəqələrində nəzarəti gücləndirib.

Azpost.info xəbər verir ki, bunu Gürcüstan baş naziri İrakli Qaribaşvili bildirib. Onun sözlərinə görə, malların idxalı və ixracı 20 gömrük məntəqəsi vasitəsilə həyata keçirilir və prosesə mindən çox gömrük əməkdaşı nəzarət edir: “Rusiya-Gürcüstan sərhədində keçirilən mallara gömrük nəzarətinin gücləndirilməsi məqsədilə “Kazbegi” gömrük məntəqəsinin əməkdaşlarının sayı artırılıb, rentgen skanerləri quraşdırılıb və yerində tam nəzarət həyata keçirilir”, – baş nazir bildirib. Qaribaşvili onu da qeyd edib ki, hərbi və ikili təyinatlı, eləcə də sanksiyalar siyahısına daxil olan mallar üçün gömrük risklərinin idarə olunması üçün xüsusi qrup yaradılıb: “Onların ixracı və ya idxalı hallarına ciddi nəzarət edilir”.

Azpost.info

Əvvəlki məqalə

Meymunçiçəyi koronavirusla müqayisə ediləcək xəstəlik deyil –

Sonrakı məqalə

“Meymunçiçəyi ABŞ laboratoriyasından gətirilib” –