“Rusiya üçün dəhliz olmayın!” – ABŞ Gürcüstan prezidentinə xəbərdalıq etdi

“Tbilisi Moskvaya Qərbin sanksiyalarından yan keçmək imkanı yaratmamalıdır”.

Azpost.info xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Gürcüstan prezidenti Salome Zurabişviliyə bu barədə xəbərdarlıq edib.

Ağ Evdən verilən məlumata görə, Sallivanla Zurabişvilinin görüşü Gürcüstanda “xarici agentlər” haqqında qanuna qarşı kütləvi etirazlar fonunda baş tutub.

“Onlar Rusiyanın ABŞ və 30-dan çox müttəfiq və tərəfdaşdan ibarət koalisiyanın tətbiq etdiyi sanksiyalar, ixrac nəzarəti və digər iqtisadi məhdudiyyətlərin təsirini hiss etməsinin vacibliyini müzakirə ediblər. Sallivan qeyd edib ki, Gürcüstan sanksiyalardan yan keçmək üçün dəhlizə çevrilməməlidir”, – məlumatda deyilir.

Tərəflər həmçinin Gürcüstandakı vəziyyəti müzakirə ediblər və ölkənin Avro-atlantik inteqrasiyasında ikitərəfli marağı vurğulayıblar.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.