Gürcüstana qatar yolu açılır?
“Gürcüstana səfər çərçivəsində Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşdük”.
AzPost bildirir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev X səhifəsində yazıb.
“İki ölkə arasında nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığı, o cümlədən dəmiryolu ilə sərnişin daşımalarını müzakirə etdik”, deyə o, əlavə edib.
Xatırladaq ki, ötən gün Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi sözügedən görüşlə bağlı məlumat yayaraq Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımanın mayın 1-dən bərpa ediləcəyini açıqlamışdı.
***
Mayın 1-dən Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımalar bərpa ediləcək.
AzPost bildirir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Tbilisiyə səfəri çərçivəsində Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb. Görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini, əsas istiqamətləri və gələcək prioritetləri, həmçinin həyata keçirilən layihələri müzakirə ediblər.
Görüş zamanı Orta Dəhlizin artan roluna və onun rəqabət qabiliyyətinin artırılması və əlavə yüklərin cəlb edilməsi üçün tərəflərin fəal iştirakı ilə həyata keçirilən tədbirlərə diqqət yetirilib.
Qeyd edilib ki, tərəflər Gürcüstan və Azərbaycan arasında bu il mayın 1-dən başlayacaq dəmir yolu ilə sərnişindaşımaların açılması məsələsini də müzakirə ediblər.