Gürcüstanda 4,7 bal gücündə zəlzələ olub

Tbilisidən 6 km məsafədə Mtsxeta şəhəri yaxınlığında 4,7 gücündə zəlzələ baş verib.

Bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzinin məlumatında deyilir.

Zəlzələnin episentri Norio kəndindən 2 km aralıda yerləşib. Yeraltı təkanların episentri 9 km dərinlikdə olub. Yeraltı təkanlar yerli vaxtla saat 08:00-da (Bakı ilə eyni) qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat verilmir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.