“Gürcüstanda baş verənlərin Kremllə heç bir əlaqəsi yoxdur”- PESKOV

“Kremlin Gürcüstandakı “xarici agentlər” haqqında qanunla heç bir əlaqəsi yoxdur”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Orada baş verən heç nə Kremldən ilhamlanmanın nəticəsi deyil. Kremlin bununla heç bir əlaqəsi yoxdur”, – Peskov bildirib.

Onun sözlərinə görə, “xarici agentlər” haqqında ilk qanun 1930-cu illərdə ABŞ-da qəbul edilib.

Martın 7-də Gürcüstan parlamenti “xarici agentlər” haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib. Bundan sonra Gürcüstanda “Rusiya qanunlarına yox!” şüarları altında müxalifətin kütləvi etiraz aksiyaları başlayıb. Nəticədə hakim partiya geri addım ataraq qanun layihəsini parlamentdən geri götürüb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.