Gürcüstanda dövlət çevrilişinə cəhd olub

Gürcüstanda bir sıra şəxslər parlament seçkilərində arzu olunmayan nəticələr əldə ediləcəyi halda hakimiyyəti zorla devirməyi planlaşdırıblar. Hazırda hakimiyyəti devirmək faktı üzrə istintaq aparılır.

Bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatında bildirilir.

Məlumatda deyilir ki, bir sıra şəxslər parlament seçkilərində arzu olunmayan nəticələr əldə ediləcəyi halda hakimiyyəti zorla devirməyi planlaşdırıblar. Onlar bu məqsədlə hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları, hərbi qulluqçulardan ibarət mobil qruplar formalaşdırıblar.

DTX bununla bağlı araşdırma aparır. Oktyabrın 1-dən başlanılan istintaq çərçivəsində sübutların əldə edilməsi və təqsirkarların müəyyən olunması üçün intensiv araşdırma işləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirus təhlükəsi ilə əlaqədar bu gündən 10 şəhər və rayonda qadağalar tətbiq olunub

Sonrakı məqalə

Ermənistanın xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti məhv edildi –