Gürcüstanda etiraz aksiyaları yenidən başlayıb

Gürcüstanın paytaxtı Tbilisidə etiraz aksiyaları yenidən başlayıb.

Parlament binasının yerləşdiyi Rustaveli prospektində avtomobillərin hərəkəti bağlanıb.

Çitadze və Çiçinadze küçələri də polis tərəfindən bağlanıb və sözügedən küçələrdə hərəkət məhdudlaşdırılıb.

Parlamentin qarşısına toplaşan mitinq iştirakçıları hökumət əleyhinə şüarlar səsləndirirlər.

Xatırladaq ki, Tbilisidə artıq doqquzuncu gündür ki, etiraz aksiyaları keçirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.