Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı

AÇIQLANDI
30 Aprel 2020 - 12:49

Hazırda Gürcüstan həbsxanalarında 112 Azərbaycan vətəndaşı saxlanılır. 

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin mart ayı üzrə hesabatında bildirilib.

Aylıq müqayisədə qonşu ölkədə həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı 2 nəfər azalıb.

Qonşu ölkədə ittiham olunan 19 Azərbaycan vətəndaşının 13-ü kişi, 6-sı isə qadındır. Məhkum olunan Azərbaycan vətəndaşlarının sayı isə 93 nəfər təşkil edir. Onların 84-ü kişi, 9-u isə qadındır.