Gürcüstanda jurnalistlər zorla parlamentə girdilər-Deputatlarla toqquşma baş verib (VİDEO)

Gürcüstanda jurnalistlər zorla parlamentin binasna daxil olublar.

Azpost.info bildirir ki, media əməkdaşları deputatlarla görüş tələb edirlər. Parlamentin plenar iclası dayandırılıb. İclas zalında qarşıdurma baş verib. Gürcü jurnalistləri birgə bəyanat verərək baş nazir İrakli Qaribaşvilinin istefa verməsini tələb edirlər.

Buna səbəb kimi LQBT aksiyasında döyülən jurnalist həmkarları Lekso Laşkaravanın xəstəxanada vəfat etməsi göstərilir. Nümayişçilər hesab edir ki, hakimiyyət buna görə məsuliyyət daşıyır.

Jurnalistlərlə birgə parlamentə daxil olan müxalifət nümayəndələri spikerin yerində oturaraq Gürcüstanın və Avropa İttifaqının bayraqlarını qaldırıblar. Tribunadan hökümətin istefasını tələb edirlər.

Hazırda KİV əməkdaşları iclas zalından çıxarılıb. Orada yalnız müxalifətdən olan deputatlar qalır. Jurnalistlər Rustaveli prospektində yığışıblar. Saat 6-ya hamını mitinqə çağırırlar. Müxalifətçi TV-lər canlı yayına xalqı aksiyaya qoşulmağa çağırırlar.

Baş nazir İrakli Qaribaşvili istefa verməyəcəyini bəyan edib və baş verənləri “dövlət çevrilişinə cəhd” adlandırıb. Baş nazir sabiq prezident Saakaşvilini dövlət əleyhinə təxribat hazırlamaqda ittiham edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“”Glusco”yanacaqdoldurma məntəqəsinin sahibi deyilik” –

Sonrakı məqalə

“Araz” və “Space” radio kanallarının yayımı 3 saatlıq dayandırılacaq