Gürcüstan parlamenti ölkədə “LGBT+ təbliğatını” qadağan edən qanunu qəbul edib.
Bu barədə məlumatı yerli teleqram kanalları yayıb.
Xəbər verilir ki, “Ailə dəyərləri və azyaşlıların müdafiəsi” adlı qanunlar paketini 84 deputat dəstəkləyib.
Paketin əleyhinə səs verən olmayıb. Müxalifət deputatları müddətini başa vurmaqda olan parlamenti boykot edirlər. Onlar iclasa gəlməyiblər və səsvermədə iştirak etməyiblər.
Qanun layihələrinə görə Gürcüstanda LGBT icmasının üzvü olan şəxslərə nikaha girmək və övladlığa götürmək, transgender keçidi çərçivəsində cərrahiyyə əməliyyatı olunmaq, sənədlərdə cinsiyyətə dair məlumatları dəyişdirmək, habelə LGBT barəsində məktəblərdə və mediada söhbətlər aparmaq qadağan edilir.
Bundan başqa qanun layihələri kvir mövzulu toplanışları, o cümlədən populyar “Ləyaqət yürüşü” və başqa festivalları qadağan edir.
Azpost.info