Gürcüstanda səslərin 99%-dən çoxu sayılıb-“Gürcü Arzusu” liderdir

Gürcüstanın Mərkəzi Seçki Komissiyası 3 847 seçki məntəqəsinin 3 838-də (99,77%) səslərin hesablanması prosesini yekunlaşdırıb.

“Report”un yerli bürosu xəbər verir ki, nəticələrə əsasən səslərin 48,16%-ni Gürcü Arzusu Partiyası, 27,12%-ni isə Vahid Milli Hərəkat Partiyası qazanıb.

Avropalı Gürcüstan Partiyası 3,78%, “Vətənpərvərlər Alyansı” 3,15%, “Aqmaşenebeli strategiyası” 3,15%, “Lelo” 3,16%, “Qirçi” 2,89%, “Vətəndaşlar – Eliko Elisaşvili” 1,33%, Leyboristlər partiyası isə 1% səs əldə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Düşmənin canlı qüvvəsi məhv edilib –

Sonrakı məqalə

Azərbaycanda son sutkada 1175 nəfər COVID-19-a yoluxub –