Gürcüstanda son sutka ərzində 24 nəfər koronavirusdan ölüb

07 İyun 2021 - 10:50

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 307 yoluxma halı qeydə alınıb, 24 nəfər ölüb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 349 405, ölənlərin sayı isə 4 934 nəfərə çatıb.

Virusa yoluxanlardan 334 519 nəfərin sağaldığı bildirilir. (APA)