Gürcüstanda son sutkada 2901 nəfər koronavirusa yoluxub –34 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 901 yoluxma halı qeydə alınıb, 34 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  57 753 nəfərə, ölənlərin sayı isə 475 nəfərə çatıb.

Virusa yoluxanlardan 42 572 nəfərin sağaldığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Şuşa Azərbaycanın nəzarətinə keçib” –

Sonrakı məqalə

Co Bayden Amerika xalqına müraciət etdi: