Gürcüstandan Azərbaycana xeyli sayda dərman keçirmək istəyən şəxs yaxalandı –FOTO

Gürcüstandan Azərbaycana xeyli sayda dərman keçirmək istəyən şəxs yaxalanıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. İlkin sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və qanunla qadağan olunan hər hansı predmetin olmadığını bildirib: “Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında “Qırmız Körpü” gömrük postunda Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbiri nəticəsində Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “DAF” markalı yük avtomobili saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və qanunla qadağan olunan hər hansı predmetin olmadığını bildirib.

Baxış zamanı yük nəqliyyat vasitəsinin salonunun yuxarı hissəsində olan boşluqlarda və yataq yerində söykənəcəyin arxasında gizlədilən 19 adda 313 qutu dərman preparatları aşkarlanıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Microsoft” ölmüş şəxslərlə ünsiyyətə imkan verən cihaz yaradır

Sonrakı məqalə

“Hər şey indi başlayır” –