“Gürcüstandan öz maraqları üçün istifadə etmələrinə imkan verməyəcəyik”- Tbilisi meri

Gürcüstan hakimiyyəti özünün böyük ölkələr tərəfindən Ukrayna kimi istifadə edilməsinə imkan verməyəcək.

Azpost.info xəbər verir ki, bunu hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze jurnalistlərə bildirib.

Onun sözlərinə görə, sanksiyalara baxmayaraq, bu baş verməyəcək.

“Bu gün biz həmişəkindən daha qürurluyuq. Çünki ölkəmizin suverenliyini, ölkədə sülhü, əmin-amanlığı müdafiə edən və heç kimə böyük ölkələrin maraqları naminə Ukrayna kimi kiçik bir dövlətdən istifadə edib çətin vəziyyətə salmaq imkanı verməyən xalqıq”, – Kaladze bildirib.

Onun sözlərinə görə, hökumət sülhü qorumaq üçün hər şeyi edəcək: “Bizi necə təhdid etsələr də, hansı sanksiyaları tətbiq etsələr də hakimiyyət həmişə ölkənin və gürcü xalqının maraqlarına uyğun hərəkət edəcək”.

Azpost.info

 

Əvvəlki məqalə

Rusiyanın məşhur “Komedy Klub” şousu bağlandı

Sonrakı məqalə

Prezident Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin açılışında iştirak edib