Gürcüstanın Azərbaycandakı səfiri vaxtından əvvəl geri çağrılıb

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze vaxtından əvvəl vəzifəsindən azad edilib.

Bu barədə sərəncamı Gürcüstanın baş naziri İrakli Kobaxidze imzalayıb və sənəd təsdiq üçün prezident Salome Zurabişviliyə göndərilib.

Pataradzenin səlahiyyətləri 2025-ci il yanvarın 1-də başa çatmalı idi. Hökumət onun vaxtından əvvəl geri çağrılmasının səbəblərini açıqlamayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.