Gürcüstanın baş naziri bu gün Ermənistana rəsmi səfər edəcək

Gürcüstanın baş naziri İrakli Kobaxidze martın 25-də rəsmi səfərlə Ermənistana gələcək.

Səfər çərçivəsində iki ölkənin baş nazirləri İrakli Kobaxidze və Nikol Paşinyan arasında ikitərəfli danışıqların aparılması planlaşdırılır.

Bundan sonra görüşün geniş tərkibdə davam etdirilməsi nəzərdə tutulub. Daha sonra hökumət başçıları mətbuata bəyanatlarla çıxış edəcəklər.

Ermənistan prezidenti Vaaqn Xaçatryanla da görüş planlaşdırılır.

Azpost.info

Əvvəlki məqalə

Səudiyyədə ilk insanabənzər robot hazırlanıb –

Sonrakı məqalə

Şahzadə Keyt Middlton uşaqları ilə naməlum istiqamətə yola düşüb