Səudiyyədə ilk insanabənzər robot hazırlanıb –Siyasətdən və cinsi münasibətdən danışmır /FOTO

Səudiyyə Ərəbistanında ilk insanabənzər robot hazırlanıb.

Azpost.info bildirir ki, bu barədə “Business Insider” nəşri məlumat yayıb.

Sara adı verilmiş bu robot səudiyyəli olduğu üçün seks və ya siyasət haqqında danışmayacaq.

Ər-Riyadda yerləşən QSS AI & Robots şirkətinin baş direktoru Eli Metri Business Insider-ə deyib ki, Sara qız olduğunu bilir, 25 yaşındadır, boyu 162 santimetrdir və Səudiyyə paltarı geyinir”.

“O, gözəldir, siyasətdən və seks haqqında danışmamalıdır. Çünki biz Səudiyyə Ərəbistanındayıq. Bu mövzulara toxunulmamalıdır”, – Metri deyib.
Ənənəvi Səudiyyə əbası geyinən Sara Səudiyyə Ərəbistanında və ola bilsin ki, Yaxın Şərqdə dizayn edilmiş və istehsal edilmiş ilk insanabənzər robotdur. O, iki dillidir -həm ərəb, həm də ingilis dillərində danışır.

Şirkətin baş direktorunun sözlərinə görə, Sara şirkətin öz dil öyrənmə modelindən – mətn və nitqi tanımaq və yaratmaq üçün nəzərdə tutulmuş süni intellekt proqramından istifadə edir.

Şirkətin rəhbəri bildirib ki, Sara müxtəlif texnologiya sərgilərində çıxış etdikdən sonra Səudiyyə Ərəbistanının robototexnika və süni intellekt sahəsində əldə etdiyi nailiyyətləri effektiv şəkildə işıqlandıraraq geniş diqqəti cəlb edib.

Əvvəlki məqalə

“Krokus”dakı terrorun təşkilatçıları Orta Asiyada da hücum hazırlayıbmış

Sonrakı məqalə

Gürcüstanın baş naziri bu gün Ermənistana rəsmi səfər edəcək