Gürcüstanın baş naziri koronavirusa yoluxub

Gürcüstanın baş naziri Giorgi Qaxarianın koronavirusla bağlı testi pozitiv nəticələnib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat xidmətindən bildirilib.

G.Qaxaria özünü yaxşı hiss edir və ev şəraitində müalicə olunur.

Qeyd edək ki, baş nazir ötən gündən özünütəcrid rejiminə keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədə daha 76 nəfər koronavirusdan ölüb

Sonrakı məqalə

Teledərslərin noyabrın 3-nə olan cədvəli