Gürcüstanın birinci Prezidenti Zviad Qamsaxurdiyanın oğlu Tsotne Qamsaxurdiya dekabrın 19-da axşam saatlarında Tbilisinin Vera rayonunda bıçaqlanıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, sinəsindən ciddi bıçaq yarası alan Tsotne Qamsaxurduya ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralının qardaşı Konstantin Qamsaxurduya bildirib ki, Tsotne hazırda əməliyyat olunub və reanimasiya şöbəsindədir.
Mətbuatın yazdığına görə, T.Qamsaxurdiyanı keçmiş qonşusu David Bacelidze bıçaqlayıb.