Gürcüstanın sabiq müdafiə naziri və Tbilisinin sabiq meri həbsdən azad edilib

Gürcüstanın sabiq müdafiə və daxili işlər naziri, Qalib Gürcüstan Partiyasının lideri İrakli Okruaşvili və Avropalı Gürcüstan Partiyasının lideri, Tbilisinin keçmiş meri Qiqi Uqulava azadlığa buraxılıb. 

Prezident Salome Zurabişvilinin əfv sərəncamı imzalamasından sonra hər iki müxalif lider həbsxanadan buraxılıblar.

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili müxalif Avropalı Gürcüstan Partiyasının lideri Gigi Ugulava və Qalib Gürcüstan Partiyasının lideri, sabiq müdafiə və daxili işlər naziri İrakli Okruaşvilinin əfvi ilə bağlı sərəncam imzalayıb.

S.Zurabişvili keçirdiyi brifinqdə bildirib ki, müxalif liderlərin həbsi siyasi motivli olmadığından əfv aktının subyekti siyasi məhbuslar deyil: “Mən bütün məsuliyyətimlə bəyan edirəm ki, Gürcüstanda siyasi məhbus yoxdur, ona görə də əfv etdiyim şəxslər də siyasi məhbuslar deyillər”.

Qeyd edək ki, Gürcüstanın sabiq müdafiə naziri, Qalib Gürcüstan siyasi partiyasının lideri İrakli Okruaşvili ötən il iyunun 20-21-də Tbilisidə parlament binası qarşısında baş tutan polis-vətəndaş qarşıdurması ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsi (kütləvi zorakılığın təşkili, ona rəhbərlik və  iştirak etmək) ilə saxlanılıb və daha sonra 24 noyabr 2004-cü ildə Daxili işlər naziri olduğu dövrdə Amiran Robakidzenin qətl işində vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edilərək 5 il müddətinə həbs edilib.

Tbilisi şəhərinin keçmiş meri, Avropalı Gürcüstan Partiyasının lideri Gigi Ugulava isə bu il fevralın 10-da həbs edilib. (APA)

Müxalif liderlərin azadlığa buraxılması son günlərdə Gürcüstanda müxalifətlə hakim partiya arasında siyasi dialoqun davam etdirilməsi üçün əsas şərtlərdən olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rafiq Manaflı Milli Şuranın üzvlüyündən istefa verib

Sonrakı məqalə

General Əfqan Nağıyev barəsində 4 ay həbs qətimkan tədbiri seçilib