Gürcüstanla Rusiya arasında yeganə quru gömrük-keçid məntəqəsi fəaliyyətini dayandırıb

Gürcüstanla Rusiya arasında yeganə quru gömrük-keçid məntəqəsi güclü qar səbəbilə fəaliyyətini dayandırıb.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Bildirilib ki, Dəryal vadisində mürəkkəb meteoroloji vəziyyətə görə yaranmış fövqəladə vəziyyətlə əlaqədar “Kazbeqi” gömrük keçid məntəqəsində bütün növ gömrük nəzarəti prosedurları dayandırılıb. Hazırda buraxılış məntəqəsi vasitəsilə malların idxalı və ixracı, habelə dövlət sərhədindən keçən fiziki şəxslər üçün gömrük nəzarəti prosedurları həyata keçirilməsi mümkün deyil. Məntəqənin hava şəraiti yaxşılaşdıqdan sonra fəaliyyətini davam etdirəcəyi qeyd olunub(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.