Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 18 binada 815 güzəştli mənzili satış prosesi başa çatıb.
Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Fərman Qurbanlı deyib.
O bildirib ki, mənzil seçimi prosesi uğurla başa çatıb. F.Qurbanlı əlavə edib ki, sentyabrın 28-də saat 15:00-da gözləmə qaydasında mənzil seçimi baş tutacaq:
“Yəni bu gün mənzil seçən vətəndaşlar hər hansı bir səbəbdən bundan imtina etsələr, sentyabrın 28-də gözləmə qaydasında mənzili seçəcək vətəndaşa təklif ediləcək”.