“Gələcəkdə bağça müdirlərinin də işə qəbulu rəqabət əsasında formalaşdırılacaq”- Nazirlik rəsmisi

Əvvəllər bağça tərbiyəçilərinin işə qəbulunda vahid standart tətbiq edilmirdi. Hazırda vahid mərkəzləşdirilmiş müsahibə sistemi formalaşdırılıb.

Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

O xatırladıb ki, avqustun 29-da 2022-2023-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi təşkil olunub. Ölkə üzrə 9 imtahan mərkəzində təşkil olunan test imtahanı mərhələsinə 5508 namizəd dəvət edilib. Onlardan 4539 nəfər namizəd test imtahanında iştirak edib.

Şöbə müdiri deyib ki, gələcəkdə bağça müdirlərinin də işə qəbulu rəqabət əsasında formalaşdırılacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.