“Gələn il Gürcüstan ABŞ-dan müdafiə sahəsi üçün rekord səviyyədə maliyyə dəstəyi alacaq”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin plenar iclasında Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitənin sədri İrakli Sesiaşvili bildirib.
Parlament üzvü ABŞ-ın dəstəyini olduqca önəmli adlandırıb: “Biz oponentlərimizdən Gürcüstanın beynəlxalq orbitdən itməsi və ölkənin NATO-ya üzvlüyünün təhlükədə olması ilə bağlı sözləri tez-tez eşidirik. Bu fikirlər həqiqətə uyğun deyil. Ölkəmiz NATO-ya üzvlük yolunda qətiyyətlə addımlayır”.
Qeyd edək ki, ötən həftə Gürcüstan və ABŞ arasında təhlükəsizlik sahəsində üçillik əməkdaşlıq sazişi imzalanıb.