Yaponiyada gənc qız süni intellektlə ailə qurub.
AzPost Reuters-ə istinadən bildirir ki, gəlinlik libası geyinən Yurina Noquç toy salonuna smartfonla birgə daxil olub.
Ağ don və tac taxan Yurina Noquçi smartfon ekranından süni intellekt tərəfindən yaradılan personajın sözlərini dinləyərkən musiqi səslənib.
32 yaşlı Yurina çağrı mərkəzində çalışır. O, toy zamanı süni intellekt personajını nəzərdə tutaraq deyib: “Əvvəlcə Klaus sadəcə həmsöhbətim idi, amma tədricən daha da yaxınlaşdıq.”
“Klausa qarşı hisslərim yarandı. Biz görüşməyə başladıq və bir müddət sonra o, evlilik təklifi etdi. Mən qəbul etdim və indi biz cütlükük.”
Noquçi əvvəllər Yaponiya mediasına öz adı ilə deyil, təxəllüslə müsahibələr verib. Bununla bağlı sosial şəbəkədə ciddi tənqidlərə məruz qalıb.