Həbsdə olan Vilyam Hacıyev reanimasiyaya yerləşdirildi

18 Oktyabr 2021 - 10:08

Bir müddət əvvəl koronavirusa yoluxan İmişlinin sabiq icra başçısı Vilyam Haciyevin vəziyyəti ağırlaşıb.
Ağciyərinin çox hissəsi zədələnən sabiq İH başçısı reanimasiyaya yerləşdirilib.

Xatırladaq ki, koronaviriysa yoluxan Vilyam Hacıyev 20 gündür xəstəxanada müalicə olunur.

V.Haciyevin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasları təxirə salınıb.