Artıq çəki ilə bağlı narahatlıq dünyada sürətlə artdığı bir vaxtda həkimlər sağlam qidalanmanın və düzgün həyat tərzinin əhəmiyyətini xüsusi vurğulayırlar.
Azpost.info xəbər verir ki, “Otradnoye” həkim ambulatoriyasının qastroenteroloqu Yuliya Slasten artıq çəkinin qarşısını almağın əsas yolunun düzgün qidalanma rejimi olduğunu bildirib. Onun sözlərinə görə, artıq çəki orqanizmdə enerji qəbuluyla enerji sərfiyyatı arasındakı uyğunsuzluqdan yaranır. Sürətli şəkərlər və doymuş yağlar insulin səviyyəsini artıraraq iştahanın idarə olunmasına mənfi təsir göstərir.
Həkim qeyd edib ki, artıq çəkiyə qarşı mübarizədə ilk addım gündəlik qidalanmanın düzəldilməsidir. Bunun üçün şəkər və şirniyyatlar, hazır qidalar, çips və digər qəlyanaltılar, ağ undan hazırlanan bişirmələr, qazlı içkilər, paketlənmiş şirələr, yağlı souslar, şirin qatıqlar və emal olunmuş ət məhsullarının azaldılması tövsiyə olunur.
Slasten əlavə edib ki, alkoqol, xüsusən də pivə və şirin tərkibli içkilər iştahanı artırır və orqanizmə “boş” kalori əlavə edir ki, bu da artıq çəkiyə səbəb olur.
Mütəxəssis hesab edir ki, artıq çəki ilə mübarizədə əsas amillər düzgün qidalanma, davamlı fiziki hərəkətlilik və qida davranışına nəzarətdir. İştahanın idarə olunması üçün isə gündəlik menyuya ağartı və ət məhsulları, paxlalılar, tərəvəzlər, tamtaxıllı qidalar və kifayət qədər su daxil edilməlidir. Normal yuxu rejimi də prosesin tərkib hissəsidir.
Həkim bildirir ki, davamlı nəticə əldə etmək üçün qida qəbulunda rejimə əməl olunmalı, hissi vəziyyətə görə yeməkdən çəkinməli, evdə yüksək kalorili qidaların saxlanması məhdudlaşdırılmalı və qidalanma əvvəlcədən planlaşdırılmalıdır.