Həkim Cavid Paşayev koronavirusdan sağalıb-

Bu gün evə buraxılacaq
15 Avqust 2020 - 12:29

Hamımızın tanıdığı Cavid Paşayev ən ağır xəstələrin müalicəsi zamanı koronavirusa yoluxmuşdu”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, bu gün onun müalicəsi artıq bitib: “O bu gün evinə yola salınacaq. Bu, çox sevindirici xəbərdir. Həm Cavid həkimin, həm də başqa tibb işçilərinin müalicəsində bizə göstərdiyi qayğıya görə Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm”.