Həkim telejurnalist Natəvan Babayevanın son durumu ilə bağlı danışdı

“Natavan Babayevanın vəziyyəti yaxşıdır”.

Bunu  Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Oxu.Az-ın sorğusuna cavab olaraq deyib.

O bildirib ki, onun müayinələri davam etdirilir:

“Əhvalı yaxşıdır, özünü yaxşı hiss etdiyini deyir. Həkimlərimizin nəzarətindədir. O bu günə qədər müalicəsini Türkiyədə aparıb. Növbəti mərhələdə də müalicə pasiyentin öz seçiminə müvafiq qaydada davam etdiriləcək. Bu dəqiqə üçün vəziyyəti stabildir”.

Qeyd edək ki, məşhur jurnalist, teleaparıcı Natavan Babayeva uzun müddətdir ki, süd vəzinin xərçəngindən müalicə olunur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.